Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda 8-ci sinif şagirdini ərə verirlər.
Musavat.com "bakıvaxtı.az"-a istinadən xəbər verir ki, hadisə Kürdəmir rayonu Muradxan kəndinin Gəncəli məhəlləsində baş verib.
Qeyd edək ki, hər iki tərəfin bu evliliyi razılıqla qarşıladığı bildirilib.
Kürdəmir rayon sakinləri adıçəkilən kənddə belə hadisələrin tez-tez baş verdiyini, azyaşlı qızların evləndirildiyini bildirilər: "Burda 8-9-cu sinif şagirdi olan qızların nişanlamnası adi hal alıb".
Bakıvaxtı.az məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu göndərib.
Sorğuya cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq.
Əlavə məlumat veriləcək.
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ