İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda 10-cu sinif şagirdi vəfat etdi

Bu gün Cəbrayıl rayon X.Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbin 10-cu sinif şagirdi Həmzəyev İba Zahid oğlu dünyasını dəyişib. 

Musavat.com xəbər verir ki, bu barədə məktəbin rəsmi feysbuk səhifəsində yazılıb. 

Bildirilir ki, İba Həmzəyev sağalmaz xəstəlikdən vəfat edib. 

“Məktəbimizdə təhsil aldığı müddətdə öz sinif yoldaşlarının və müəllimlərin hörmətini qazanıb. İqtisadçı olmaq, özünün xeyriyyə idarəsini qurub ehtiyacı olanlara, kimsəsizlərə kömək etmək istəyirdi. Əlindən gələn qədər deyil, daha artıq çalışıb daha çox kömək etmək fikrində idi. Məktəbimiz adından ailəsinə başsağlığı verir, dərdlərinə şərik oluruq”, - deyə məktəbin yaydığı məlumatda deyilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR