İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan xroniki böyrək çatışmazlığına qarşı 3,7 milyonluq sərfiyyat malları alacaq

Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramının icrası məqsədilə Azərbaycana hemodializ prosedurunun yerinə yetirilməsi zamanı istifadə olunan sərfiyyat malları gətiriləcək.

Bu barədə Musavat.com-a dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.

Məlumata görə, artıq bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində "İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxs hazırlıqları yekunlaşdırıb.

Quruma sözügedən sərfiyyat mallarını "Azfar med" Qapalı Səhmdar Cəmiyyəti (QSC) təhvil verəcək. Bunun müqabilində QSC-yə 3,7 milyon manat ödəniləcək.

Qeyd edək ki, "Azfar med" Qapalı Səhmdar Cəmiyyəti (QSC) 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 min manat olan QSC-nin qanuni təmsilçisi Tağızadə Toğrul Eldar oğludur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR