İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan XİN: Gürcüstanın Abxaziya bölgəsindəki qondarma seçkiləri tanımırıq

Azərbaycan Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma prezident seçkilərini tanımır.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Azərbaycan Respublikası Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 15 fevral 2025-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “növbədənkənar prezident seçkisi”ni, həmçinin onun nəticələrini tanımır.

Azərbaycan Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllinin tərəfdarıdır”, – sənəddə qeyd olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR