Onlayn ictimai-siyasi qəzet
“Bir neçə gündən sonra Azərbaycan xalqı tarixinin önəmli günlərindən birini - Ulu Öndər Heydər Əliyevin anım gününü qeyd edəcək”.
Musavat.com bildirir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisdəki çıxışı zamanı deyib.
Bildirib ki, 90-cı illərin əvvəllərində Azərbaycan xalqı yenidən müstəqilliyini bərpa edərək ən böyük arzularından birinə çatdı:
“Lakin qısa müddət sonra çox ciddi sınaqlarla üz-üzə qaldı. Bir tərəfdən Qarabağ müharibəsi, digər tərəfdən daxili çəkişmələr, xarici təsirlər nəticəsində separatizm meyllərinin artması, iqtisadi tənəzzül ölkəni ciddi dilemmalarla üz-üzə qoymuşdu.
İnsanlar ölkənin gələcəyi ilə bağlı inam və ümidlərini itirmişdilər. Artıq ağrılı bir layihənin icrasına - Azərbaycanın bir neçə yerə bölünməsi prosesinə başlanılmışdı. Ölkə elə bir həssas və təhlükəli mərhələyə qədəm qoymuşdu ki, müstəqilliyini belə itirə bilərdi.
Həmin dövrdə hamının dediyi bir söz var idi: “Azərbaycan xalqını bu ağır vəziyyətdən və bəlalardan yalnız Heydər Əliyev xilas edə bilər”.
Beləliklə, Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gələrək Azərbaycan xalqını üzləşdiyi ciddi bəla və sınaqlardan xilas etdi.
Qısa müddətdə Ermənistanla atəşkəsə nail olundu, Azərbaycanın gələcək inkişafı üçün xüsusi əhəmiyyət daşıyan neft müqavilələri imzalandı, güclü dövlət və ordu quruculuğuna başlanıldı, ölkədə ictimai və siyasi sabitlik təmin olundu. Məhz bugünkü uğurların və zəfərlərin təməli o dövrdə qoyuldu”.
Deputat xatırladıb ki, Ulu Öndər Heydər Əliyev bütün çıxışlarında Azərbaycan xalqının tarixi qələbəyə mütləq nail olacağını, işğal altında olan torpaqlarımızın tez bir zamanda azad olunacağını davamlı vurğulayırdı:
“Prezident İlham Əliyev bu siyasəti böyük uzaqgörənliklə davam etdirərək Azərbaycanın müstəqilliyini daha da gücləndirdi, dünyada nüfuzunu daha da artırdı. Ata vəsiyyətini yerinə yetirərək torpaqlarımızı işğaldan azad etdi, “böyük Ermənistan” xülyasına son qoydu. Həmin siyasət nəticəsində bu gün Azərbaycan tarixdə heç zaman olmadığı qədər güclü və müstəqildir.
Bu gün Ulu Öndərin də ruhu şaddır. Çünki onun bütün arzuları artıq həyata keçib. Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla gələcəyə doğru addımlayır”.
E.Paşasoy,
Musavat.com
05 Fevral 2025
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ