İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Türkmənistan arasında fiber-optik rabitə xəttinin çəkilişi iki ilə başlaya bilər

Türkmənistan və Azərbaycan arasında Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi 2024-2025-ci illərdə başlaya bilər.

Bu barədə TASS-a "AzərTelekom"un Direktorlar Şurasının sədri Fuad Allahverdiyev məlumat verib.

"Hazırda inzibati-hüquqi proseslər gedir. Gələn ildən layihə və tender sənədlərinin hazırlanmasına başlamağı planlaşdırırıq. Layihə mürəkkəbdir. Tikintinin özü isə maksimum altı ay çəkəcək”, - o bildirib.

Bu layihənin “TürkmenTelekom” və “AzərTelekom” şirkətləri tərəfindən birgə həyata keçirilməsi planlaşdırılır.

F.Allahverdiyev əlavə edib ki, bu, şirkətlərin ilk birgə layihəsidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR