Onlayn ictimai-siyasi qəzet
Azərbaycan və Türkiyə arasında təhsil sahəsində gələcək layihələr müzakirə olunub
Musavat.com xəbər verir ki, Elm və Təhsil naziri Emin Əmrullayev Türkiyənin Azərbaycandakı yeni səfiri Birol Akgün ilə görüş keçirib. Bu barədə nazir şəxsi "X" (keçmiş Twitter) hesabında məlumat paylaşıb.
“Bu gün Türkiyənin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgün ilə görüşdük. Görüşdə Türkiyə Respublikası ilə cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edildi”, – deyə nazir bildirib.
Musavat.com
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ