Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin hazırlıq planına uyğun olaraq, iyunun 12-də Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasında dislokasiya olunan bölmələri ilə taktiki təlim keçiriləcək.
Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən bildirilib.
Şəxsi heyət, döyüş texnikası, aviasiya vasitələri və pilotsuz uçuş aparatlarının cəlb olunduğu təlimdə əsas diqqət komandirlərin qərar qəbuletmə bacarıqlarının və onların peşəkarlıq səviyyəsinin daha da artırılmasına, eləcə də bölmələr arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldilib.
Azərbaycanla İran arasında əldə olunmuş razılaşma əsasında İran İslam Respublikasının Ordusunun müvafiq qüvvə və vasitələrinin cəlb edilməsi ilə eyni vaxtda qonşu dövlətin ərazisində də taktiki təlim keçiriləcək.
Hər iki ölkədə keçiriləcək təlimlərdə strateji obyektlərin və kommunikasiya xətlərinin mümkün təxribat-diversiya fəaliyyətlərindən mühafizəsi üzrə müxtəlif tapşırıqlar koordinasiyalı şəkildə yerinə yetiriləcək.
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ