İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Trampı Nobel mükafatına layiq gördü – “101% haqq edir”

Azərbaycan ABŞ-la milli təhlükəsizlik və texnologiya sahəsində əməkdaşlığı daha da gücləndirmək niyyətindədir.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim “Axios” nəşrinə müsahibəsində bildirib.

Səfir qeyd edib ki, Tramp administrasiyasının vasitəçiliyi ilə imzalanmış sülh bəyanatından sonra Azərbaycan yeni mərhələyə qədəm qoyub və bütün istiqamətlərdə – iqtisadiyyat, enerji, müdafiə, siyasət, təhsil, texnologiyalar və süni intellekt sahəsində ABŞ-la sıx əməkdaşlıq edəcək.

Xəzər İbrahim ABŞ prezidenti Donald Trampa minnətdarlığını ifadə edib və onun Nobel Sülh Mükafatına layiq olduğunu vurğulayıb:

“Çox qısa bir müddətdə – cəmi 6 ay ərzində onun bacardığını 30 ildən artıq dövrdə heç kim bacarmamışdı. Tramp bu mükafatı 101% haqq edir”, – deyə o bildirib.

Səfir həmçinin Ağ Evin xüsusi elçisi Stiv Uitkoffun mart ayında Azərbaycana səfərinin mühüm rol oynadığını qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2025

05 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR