Onlayn ictimai-siyasi qəzet
Tibb yeniliklərlə dolu bir sahədir. Daim inkişaf edir, zamanla ayaqlaşmağa çalışır. Azərbaycan elmi də bu baxımdan geri qalmır. Bu gün ölkəmizdə xarici uzmanlarla təcrübə mübadiləsi aparılır, dəvət olunan həkimlər unikal əməliyyatlar icra edirlər.
Belə əməliyyatlardan biri də bu yaxınlarda ölkəmizdə öz novatorluğu və tibbi imkanları ilə tanınan Universal Hospitalda həyata keçirilib. Hospitalın məlumatına görə, bu, analoqu olmayan bir əməliyyatdır:
“Əməliyyatı Universal Hospital tərəfindən Bakıya dəvət olunan Türkiyənin dünyaca məşhur Erciyes Universitetinin professoru Abdullah Demirtaş tərəfindən prostat vəzi hiperplaziyasında yeni cərrahiyyə üsulu olan Holmium Lazer Prostat Enukleasiyası (HOLEP) ilə həyata keçirilib. Bu əməliyyat dünyanın ən inkişaf etmiş ölkələrində prostat vəzi xəstəliklərində böyük uğurla tətbiq olunur”.
Bu gün ölkəmizdə öz işinə başlayan Azərbaycan Endouroloji Cəmiyyətinin 2-ci Konqresində iştirak edən professor Professor Abdullah Demirtaş bu yeni cərrahi üsulla bağlı xarici kolleqaları qarşısında çıxış edərək, təcrübəsini bölüşüb.
Onu da deyək ki, innovativ tibbi avadanlıqlarla təchiz olunan Universal Hospitalda professor Abdullah Demirtaş 80 və 110 qram prostat vəzi olan iki xəstə üzərində HoLEP əməliyyatını uğurla icra edib.
Azərbaycan Endouroloji Cəmiyyətinin II Konqresinin ilk günündə Abdullah Demirtaşın rəhbərliyi ilə icra olunan Holmium Lazer Prostat Enukleasiyası (HoLEP) əməliyyatı canlı yayımla konqres iştirakçılarına təqdim olunub.
Universal Hospital bu cür beynəlxalq əhəmiyyətli tibbi tədbirlərə ev sahibliyi edir və yenilikçi metodların tətbiqində öncüllərdən biri olmağa davam edir.
HoLEP-in Üstünlükləri:
✔ Daha az travmatik cərrahiyyə üsuludur.
✔ Perioperativ və postoperativ dövr daha qısadır.
✔ Böyük ölçülü prostat vəzi olan xəstələr üçün belə əməliyyat riski minimaldır.
✔ Qanama riski sıfıra yaxın olur.
✔ Qan durulaşdırıcı dərman qəbul edən xəstələrdə belə dərmanı dayandırmadan əməliyyat mümkündür.
Ünvan: Bakı şəhəri, Cəfər Xəndan kücəsi 196, telefon: (012) 599 65 56
23 Fevral 2025
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ