İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan səfiri Moldova prezidentinə hansı bahalı hədiyyə verib?

Moldova lideri Maria Sandunun 2024-cü ildə aldığı hədiyyələrin  də dəyəri açıqlanıb.  Musavat. com IPN-ə istinadən xəbər verir ki,  Moldova prezidentinə ən bahalı hədiyyəni Azərbaycanın bu ölkədəki səfiri Ülvi Baxşəliyevin təüqdim etdiyi yun xalça olub. Onun dəyəri 17,490 lei (94,6 min rubl) olub.  Yada salaq ki, Moldovadakı səfir 2023-cü ilin dekabrında dəyişib.  Qüdsi  Osmanov Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb və onun yerinə Belarusdakı sabiq sıfir  Ülvi Baxşəliyev təyin olunub. 

Ülvi Baxşəliyev 8 aprel 1972-ci ildə anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. 2005-ci ildə Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsindən məzun olub.

2001-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyinin ikinci Şərq İdarəsinin attaşesi olub. 2001-2006-cı illərdə Azərbaycanın İrandakı səfirliyinin üçüncü katibi, 2006-2009-cu illərdə isə Azərbaycan Xarici İşlər Nazirliyinin İkinci Şərq İdarəsinin birinci katibi kimi çalışıb. 2009-2012 və 2013-2017-ci illərdə Azərbaycanın Polşadakı səfirliyinin müşaviri kimi fəaliyyət göstərib. 2012-2013-cü illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin ikinci Avropa Direktorluğunun şöbə müdiri, 2017-2018-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin İkinci Avropa İdarəsinin rəis müavini, 2019-2021-ci illərdə isə Azərbaycan Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

e8e781ba5b0b8756c9a0936c2397e240 (1).jpg (640 KB)

2021-ci il iyulun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.[1] Həmin tarixdə prezidentin digər sərəncamları ilə Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi təyin edilib. 

Moldova prezidentinə Cənubi Bessarabiya yepiskopu da qiymətli  həddiyə veribmiş. O, Sanduya 9250 lei (50 min rubl) dəyərində ikona  veribmiş.  Fransanın xarici işlər naziri Ketrin Kolonna isə Moldovanın xanım  rəhbərinə şüşədən hazırlanmış açıq ləçəkləri olan qızılgülü təmsil edən əl istehsalı suvenir təqdim edibmiş. 

Keçən il Baden-Vürtemberq federal əyalətinin baş naziri Vinfrid Kretçman Moldova prezidentinə 5590 ley (30 min rubl) dəyərində  divar saatı, Zelenski isə Zaporojyanı əks etdirən rəsm hədiyyə etmişdi.  Kişinyova rəsmi səfəri zamanı Rumıniya lideri Klaus İohannis Sanduya  rəngli şüşə meyvə qabı hədiyyə edib.    

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR