İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan qazı ilə bağlı sensasion iddia - Bakı imtina edə bilər...

“Avropa İttifaqı  Rusiya boru kəməri qazının alınmasından imtina edəndə Azərbaycandan alternativ tədarüklərə arxalandı. Amma Bakı yəqin ki, Moskva ilə razılığa gələndən sonra mövqeyini dəyişib”.

Musavat.com xəbər verir ki, bu  barədə pravda.ru saytı yazıb. 

Sayt iddia edir ki, Azərbaycanla Aİ arasında mümkün razılaşma haqda əvvəl “Bloomberg” yazıb. Bildirilib ki, Macarıstan və Slovakiya şirkətləri Azərbaycandan ildə 12-14 milyard kubmetr qazın tədarükü üçün müqavilə imzalamağa yaxındırlar. Eyni zamanda, bildirilib ki, qazın Avropaya əvvəlki kimi - Ukrayna ərazisindən keçən boru kəməri ilə, Sudja vasitəsilə çatdırılması planlaşdırılır. Müqavilədə Bakı və Moskva arasında svop sazişi (əvəzetmə sxemi üzrə təchizat) olmalıdır. Yəni bu, Rusiya qazı olacaq, amma Azərbaycana satılacaq və  bu ölkənin  qazı kimi ixrac olunacaq. Aİ üçün bu cür sxem neft üçün çoxdan qüvvədədir. Aİ-nin bu marşruta ehtiyacı var, çünki Azərbaycandan birbaşa Türkiyədən keçməklə Avropaya boruların ötürücülük qabiliyyəti məhduddur.

 “Reuters” isə Slovakiyanın SPP dövlət şirkətinə istinadə “Bloomberg”in razılaşma olduğu haqda məlumatlarını təkzib edib.  SPP Avropa şirkətlərinin Bakı ilə sövdələşmədən uzaq olduğunu bildirib. “Biz bu mövzunu mütəmadi olaraq tərəfdaşlarımızla müzakirə edirik, lakin SPP-nin iştirakı ilə qaz tədarükü müqaviləsinin bağlanacağı barədə məlumatlar həqiqətə uyğun deyil”, -  şirkət qeyd edib.  SOCAR-dakı iki mənbə də razılaşmaların yaxın olduğu barədə məlumatı şübhə altına alıb.

Rusiya saytı yazır ki, Azərbaycan və dövlət rəhbərliyinə xüsusilə COP29 ərəfəsi  Qərbin insan haqlarını təşkilatından tənqidlər arıb.  Avropa Parlamenti bugünlərdə müvafiq qətnamə qəbul edib və “Aİ-ni Bakıdan  qaz asılılığına” son qoymağa çağırıb. Avropa Parlamenti həmçinin Avropa Komissiyasını Aİ ilə Azərbaycan arasında enerji sahəsində 2022-ci il anlaşma memorandumunu və strateji tərəfdaşlığı dayandırmağa çağırıb. Rəsmi Bakı Almaniya hökumətinin maliyyələşdirdi  “Climate Action Tracker” (CAT) şirkətinin də Azərbaycanın  qaz hasilatını genişləndirməsindən niyə narazı olduqlarını da başa düşə bilmir. İlham Əliyev Ermənistana qarşı müharibədə qalib gələrək siyasi karyerasında yüksəlişdədir. O, başa düşür ki, Rusiya ilə sanksiya müharibəsi fonunda Qərbin Azərbaycana çox ehtiyacı var. Azərbaycan həm də İsrailin əsas tərəfdaşıdır, İsrail silahlarını idxal edir və  bu ölkəyə neft satır. ABŞ dövlət katibi Antoni Blinken dəfələrlə Bakıya bu “təşəbbüsləri” dəstəkləməyə çağırıb”.

Pravdaşru onu da yazır ki, Azərbaycan Prezidentinin Vladimir Putinlə əla münasibəti var: “Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 20% artaraq 5 milyard dollara çatıb. Rusiya son illər Azərbaycana 10 milyard dollara yaxın sərmayə qoyub. Azərbaycan BRİKS-ə ərizə verib və  parlament seçkilərində qalib gəldikdən sonra  “Gürcü arzusu”nu təbrik edib.  Türkiyə ilə yaxşı münasibətləri nəzərə alsaq, Bakı Cənubi Qafqazda və daha geniş regionda aşkar  liderdir. Moskva yəqin ki, Azərbaycan qazının Ukraynanın qaz nəqli sistemi vasitəsilə nəqli sxeminin Kiyev və ABŞ üçün ideal olduğuna inanır ki, bu, “Qazprom”un Aİ-dən çıxarılmasına imkan verəcək və Ukraynanı tranzit pulları ilə  təmin edəcək.  Əgər Putin və Əliyev  bir-birini  bu məsələdə dəstəkləməyə razılaşsalar, o zaman Avropa tezliklə anti-Rusiya enerji sanksiyalarını ləğv edəcək. Aİ daxilində etirazların yaşayış bahalığına görə iğtişaşlara çevrilməsi riskləri çox yüksəkdir, “Şimal axını”nın işə salınması da mümkündür” deyə, məqalədə bildirilir. 

Məqalədəki iddialarla bağlı sabah ekspertlərin mövqeyini öyrənməyə çalışacağıq.  

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Noyabr 2024

14 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR