İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərbaycan Ordusu" layihəsi "Felis Awards Azerbaijan" mükafatına layiq görüldü

Ölkəmizin dünyanın müxttəlif ölkələrində tanıdılması və dəyərlərimizin təbliğinə xüsusi həssaslıqla yanaşan "Azərsun Holdinq"in sifarişi ilə "Azərbaycan ordusu" mövzusunda hazırlanmış təqvim dəsti yüksək mükafata layiq görülüb.

Azərbaycanın ən peşəkar reklam agentliklərindən olan "YelloAD" tərəfindən tərtib edilən dəst münsiflər tərəfindən rəğbət qazanıb.

Layihə Azərbaycanda ilk dəfə keçirilən "Felis Awards Azerbaijan" müsabiqəsində "Publications&Editorial Design" kateqoriyası üzrə ikinci yerə layiq görülüb.

Qeyd edək ki, layihə çərçivəsində ölkəmizin hərb tarixinin son 100 ili əhatə olunub, ölkəmizin tarixinə adını qızıl hərflərlə yazdırmış qəhramanlarımız barədə məlumatlar yer alıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR