Onlayn ictimai-siyasi qəzet
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Polina Rəhimova karyerasını Türkiyədə davam etdirəcək.
Musavat.com AZƏRTAC-a istinadən xəbər verir ki, 33 yaşlı oyunçu Sultanlar Liqasında mübarizə aparan "Karayolları" komandasına keçib. O, Ankara təmsilçisi ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.
"Karayolları" hazırda ölkə çempionatında 13 oyundan sonra topladığı 4 xalla sonuncu - 14-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, Polina Rəhimova son olaraq Vyetnamın "Duk Qianq” komandasında çıxış edib.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ