Onlayn ictimai-siyasi qəzet
Futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşib.
"Report"un məlumatına görə, yarımfinalın cavab matçında "Qarabağ" "Neftçi"ni sınağa çəkib.
Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 4:1. "Köhlən atlar"da qolları 16, 69-cu dəqiqələrdə Olavio Juninyo, 74-cü dəqiqədə Nəriman Axundzadə vurub, 62-ci dəqiqədə Qara Qarayev avtoqol müəllifi olub.
64-cü dəqiqədə Reziuan Mirzov "ağ-qaralar"ın təsəlli qoluna imza atıb.
İlk matçda rəqibini 4 cavabsız qolla üstələyən "Qarabağ" finala vəsiqə qazanıb.
Ölkə çempionu iyunun 2-də həlledici görüşdə "Zirə" ilə üz-üzə gələcək.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ