Onlayn ictimai-siyasi qəzet
Azərbaycan hökuməti ilə İslam İnkişaf Bankı arasında yeni sənədlər imzalanıb.
Musavat.com xəbər verir ki, sənədlərə Bankın prezidenti Məhəmməd Əl-Casirin Prezident İlham Əliyevlə görüşündə imza atılıb.
Bunlar, “Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi” layihəsi üzrə Agentlik müqaviləsi, “Əks Əlaqə Texniki Yardım Qrant Sazişi Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi layihəsi” və “Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi” layihəsi üzrə Çərçivə Sazişidir.
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ