İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan hər zaman Macarıstana arxalana bilər” - Sandor Lezsak

Macarıstan Milli Assambleyasının sədr müavini Sandor Lezsak Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasında Macarıstan-Azərbaycan dostluğundan, qardaşlığından danışdı. O bildirdi ki, xalqlarımız arasında bağlılıqların uzun tarixi var. İki dövlət arasında əlaqələrin yüksək səviyyəyə qalxmasında Heydər Əliyevin xidmətlərindən bəhs edən Sandor Lezsak Prezidentin İlham Əliyevin bu müstəvidə addımlarını da xüsusi vurğuladı. “Macarıstan Avropanın mərkəzində elə bir qayadır ki, Azərbaycan hər zaman ona arxalana bilər”-deyə, natiq bildirdi.

Vitse-spiker onu da qeyd etdi ki, Macarıstanda dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi ucaldılacaq. Nizami Gəncəvinin Azərbaycanın dahi şairi olduğunu bildirən S.Lezsak böyük mütəfəkkirin abidəsinin yaxın vaxtlarda qoyulacağını vurğuladı.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR