Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət milli komandası Avropa çempionatının əsas mərhələsində ilk oyununu keçirib.
Teleqraf xəbər verir ki, rəqib Bosniya və Herseqovina yığması olub. Xorvatiyanın Omiş şəhərindəki Rıbnyak İdman Sarayında təşkil olunmuş qarşılaşma bosniyalıların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 10:2.
Azərbaycan millisi qrupda növbəti oyununu martın 27-də Xorvatiya yığmasına qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
19:00. Bosniya və Herseqovina – Azərbaycan - 10:2 (7:1)
Hakimlər: Rastislav Behancin (Slovakiya), Liviu Dumitru Çita (Rumıniya), Kastriot Gerxhaliu (İsveç)
Timekeeper: Luka Kovaç Levantin (Xorvatiya)
Hakim-inspektor: Viktor van Helvoirt (Niderland)
UEFA nümayəndəsi: Fabrizio Di Felice (İtaliya)
Qollar: Bekir Arnaut, 0:14, 14:22, 15:04, Ammar Hodziç, 3:41, 8:19, Emir Mustafiç, 14:51, Ognjen Markoviç, 19:55, 33:53, Kenan Hrşitiç, 32:00, Kenan Azabagiç, 36:53 - Ədalət Ələkbərov, 12:24, Bəyoğlan Vəlizadə, 33:09
26 mart. Omiş. Ribnjak İdman Sarayı.
30 Mart 2025
29 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ