İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Estetik və Yaşlanma əleyhinə konqres keçirilib

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Bakı Konqress Mərkəzində Azərbaycan Estetik və Yaşlanma əleyhinə 9-cu beynəlxalq elmi praktiki konqres baş tutub.

Konqres Səhiyyə Nazirliyinin təşkilati dəstəyi ilə Azərbaycan Estetik Təbabət Assosiasiyası (AETA) tərəfindən keçirilib. Səhiyyə nazirinin müavini Nadir Zeynalov tədbir iştirakçılarını və qonaqları salamlayaraq Ümummilli Liderin həyat və fəaliyyəti, Azərbaycan səhiyyəsinə verdiyi yüksək qiymətdən danışıb, yeni yaradılan Estetik Təbabət Assosiasiyasına uğurlar arzulayıb.

Konqresdə 35 beynəlxalq spiker və 450 dinləyici iştirak edib, dünyanın bu sahə üzrə tanınmış mütəxəssisləri bilgilərini bölüşüblər. Konqres Səhiyyə Nazirliyi Elmi Şurasının 10 oktyabr 2023-cü il tarixli qərarı ilə davamlı tibbi təhsil üzrə akkreditə olunub və 22 kredit balına layiq görülüb.

Tədbirdə həmçinin, estetik təbabətin müxtəlif sahələrini əhatə edən tanınmış beynəlxalq şirkətlərin məhsullarının sərgisi keçirilib, qonaqlara Azərbaycanın tarixi, mədəniyyət abidələri və milli mətbəxi ilə tanış olmaq imkanı yaradılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR