Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Ermənistanın sülh sazişi ilə bağlı təkliflərinə cavab verib.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
Onun sözlərinə görə, rəsmi Bakı sülh sazişi ilə bağlı mövqeyini təqdim etsə də, digər məsələlər – nəqliyyat kommunikasiyalarının açılması və silahlara qarşı qarşılıqlı nəzarət və verifikasiya mexanizmləri ilə bağlı təkliflər hələlik cavabsız qalıb.
Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqlar davam edir. Rəsmi Bakı regionda daimi sülhün və təhlükəsizliyin təmin olunması üçün sərhədlərin delimitasiya və demarkasiyasının vacibliyini vurğulayır.
Musavat.com
26 Fevral 2025
25 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ