İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan dövlətinə pulsuz verilən qazın həcmi artıb

2024-cü ilin yanvar-sentyabr aylarında “Azəri-Çıraq-Günəşli” yatağından Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6,5 milyon kubmetr, ümumilikdə isə 1,8 milyard kubmetr səmt qazı təhvil verilib.

Yatağın işlənməsi layihəsinin operatoru olan BP-Azərbaycan şirkətindən Musavat.com-a verilən məlumata əsasən, hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Ötən ilin eyni dövründə AÇG-dən Azərbaycan dövlətinə gündə orta hesabla 5,5 milyon kubmetr, ümumilikdə isə 1,5 milyard kubmetr səmt qazı təhvil verilmişdi. Bu isə o deməkdir ki, yataqdan dövlətə pulsuz verilən səmt qazının həcmində 20 faiz artım olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR