İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan diaspor rəhbəri: "Deportasiyamdan sonra təşkilat da buraxılacaq"

Moskva vilayətində Azərbaycan diasporunun rəhbəri olmuş Elşən İbrahimov təşkilatın gələcək aqibəti ilə bağlı açıqlama verib.

Musavat.com xəbər verir ki, Rusiya vətəndaşlığından məhrum edilən və milli təhlükəsizlik üçün təhlükə yaratdığı iddiası ilə ölkədən deportasiya olunan İbrahimov bildirib ki, onun deportasiyasından sonra diaspor təşkilatının fəaliyyətini dayandırması gözlənilir.

“Milli təhlükəsizlik üçün təhlükə. Diasporu yəqin ki, buraxacaqlar, çünki indiki vəziyyətdə heç kim işləmək istəmir”, – deyə o, “Gazeta.Ru”ya verdiyi müsahibədə vurğulayıb.

Qeyd edək ki, Elşən İbrahimov iyulun 4-də miqrasiya qanunvericiliyini pozduğu adı ilə saxlanılıb. Məlumata görə, o, Rusiyada 30 ildən artıq müddətdə yaşayıb. Onun deportasiyası ilə bağlı görüntülər də mediada yayılıb. Son illərdə Rusiya hökumətinin regional diaspor liderlərinə qarşı sərtləşməsi müşahidə edilir. Bu, Kremlin diaspor üzərində nəzarəti gücləndirmək istəyi ilə əlaqələndirilir. Elşən İbrahimovun deportasiyası da bu kontekstdə dəyərləndirilir.



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2025

19 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR