İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan çempionatında futbolçular bir-birini yumruqladı

Azərbaycan çempionatında bir-birinə yumruq vuran futbolçular cəzalandırılıblar.

Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu, AFFA Region Liqası matçına təsadüf edib.

Belə ki, “Balakən” – “Goranboy Qala” görüşünün 57-ci dəqiqəsində birincilərin oyunçusu Ariz Teymurlu ilə ikincilərin üzvü Xəyal Qasımov əlbəyaxa olduqları üçün AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq diskvalifikasiyaya məruz qalıblar.

Bundan başqa, AFFA U-13 Liqasının EFA ilə görüşündə hakimi təhqir edən “Xəzər Bakı” komandasının baş məşqçisi Cəlal Həsənli 3 oyunluq cəza ilə üzləşib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR