Onlayn ictimai-siyasi qəzet
Sabir Rüstəmxanlı Altaylardan Anadoluyadək böyük bir coğrafiyada ortaq mədəniyyətə və ortaq dilə malik bir millətin Birliyinin dünyanın barış içində yaşamasının vacibliyini bildirib:
“Bu gün dünyanın geopolitik diktəsi daha sərt, bizim imkanlarımız isə daha genişdir. Artıq dünyaya “ Bir millət, iki dövlət ” yerinə “Türk birliyi!” ideasını həyata keçirmək zamanıdır. Bu Azərbaycanın siyasi qüvvələrinin və bütün Azərbaycan xalqının istəyidir”.
Daha sonra çıxış edən Prof. tarixçi alim Nəsib Nəsibli Türk tarixinə geniş ekskurs edərək dünyanın siyasi xəritəsində türk dövlətlərinin yer almasının xüsusi tarixi fürsət olduğunu qeyd etdi. Nəsib bəy Türk Birliyinin baş tutmamasının tarixi-siyasi səbəblərini, bu birliyə qarşı böyük güclərin fəaliyyətini təhlil etdi: “Türk Birliyi artıq zamanın tələbidir və bu birlik 7 türk dövlətinin beynəlxalq təhlükəsizliyi üçün vacib şərtdir”.
Daha sonra DAK İdarə Heyətinin üzvü, Güneyli fəal Babək Muğanlı çıxış edərək bu gün Güney Azərbaycanda baş verən olaylardan danışmış, Türk Birliyinə gedən yolda Bütöv Azərbaycanın vacib şərt olduğunu qeyd etdi. Mövzu ilə bağlı AXP sədri Pənah Hüseyn, KXCP Ali Məclisinin sədri Gülağa Adıgözəlli ,Milli Hərəkatçılar Birliyindən Ələsgər Siyablı, tarixçi alim Gülşən Məmmədoğlu və Ümüd Partiyası icra aparatının rəhbəri Taleh Əliyev çıxış etdilər.
05 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ