İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan bu il Ermənistana 134 min avroya yaxın ödəniş edib

2024-cü il yanvarın 1-dən oktyabrın 21-dək Azərbaycan aviaşirkətləri Ermənistanın hava məkanından keçməklə həyata keçirilən uçuşlar üçün “Armaeronavigation” şirkətinə 133 760 avro ödəyib.

Musavat.com xəbər verir ki, məlumat Ermənistan Mülki Aviasiya Komitəsinin Ermənistan xəbərləri – NEWS.am-ın yazılı sorğusuna cavabında yer alıb.

Bildirilir ki, 2024-cü il yanvarın 1-dən mayın 31-dək olan müddətdə ödəniş məbləği demək olar ki, 50 min avro, bütün 2023-cü il üçün isə 90 min avrodan çox olub.

Bütün bu ödənişlər müəyyən olunmuş qaydada Eurocontrol (Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı) mərkəzi ofisi vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, “Armaeronavigatsiya” QSC Ermənistanın hava məkanında uçuşlar üçün aeronaviqasiya xidmətləri göstərir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR