Onlayn ictimai-siyasi qəzet
Ölkələrin ətraf mühit, insan hüquqları, sağlamlıq və təhlükəsizlik (ESG) risklərini üzrə beynəlxalq reytinqində Azərbaycan 44.62 indekslə 183 ölkə arasında 102-ci yeri tutub.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu reytin cədvəli tərtib olnarkən ölkə xalları 0-dan 100-ə qədər miqyasda təqdim olunur, 0 ən aşağı risk, 100 isə ən yüksəkdir. Beləliklə, ölkəmizin risklərini orta səviyyədən aşağı qiymətləndirmək olar.
Digər MDB ölkələrinin yerləri aşağıdakı kimidir: Qazaxıstan - 52, Qırğızıstan - 54, Moldova – 55, Ermənistan – 57, Belarus - 88, Özbəkistan - 86, Rusiya – 106, Tacikistandan - 114.
Bir çox beynəlxalq reytinq cədvəllərində olduğu kimi, Avropa ölkələri, eləcə də Avstraliya və Yeni Zelandiya müvafiq reytinq cədvəlinin də ilk onluğunda qərarlaşıb.
ESG indeksi 183 ölkə və ərazini əhatə edir və ESG risklərinə məruz qalmağı ölçmək üçün 65 dəyişənə əsaslanan üç alt indeksi (ətraf mühit, insan hüquqları, sağlamlıq və təhlükəsizlik) ehtiva edir.
Ümumiyyətlə, ESG prinsiplərinə riayət etmək bu gün nəinki çox aktualdır, həm ayrı-ayrı şirkətlər, həm də bütün ölkə səviyyəsində investisiya cəlbediciliyi baxımından əsas rol oynayır.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ