İnsanlara hürriyət, millətlərə istiqlal!

Azər Axşam: “Ona dedim ki, bunu etsən, rollarını itirəcəksən”

Əməkdar artist Azər Axşam mərhum həmkarı Tünzalə Əliyeva ilə bağlı xatirələrindən söz açıb.

Bu barədə o, "Retro Baku" proqramında danışıb.

Aktyor deyib ki, "Toppuş bacı" mədəkiçiltmə əməliyyatı etdirmək istədiyini deyəndə onu fikrindən daşındırmağa çalışıb:

"Əməliyyata getmək istədiyini deyəndə söylədim ki, nəyinə lazımdır? Sən belə sevilirsən, belə şirinsən. Dedim, bu, nədir hamı qarşısına məqsəd qoyub ki, arıqlamaq lazımdır. Arıq olmaq, yaxşı olmaq demək deyil. Dedim, lazım deyil, arıqlama. Qayıtdı ki, çox kökəm. Məsləhət verdim ki, pəhriz saxla, idman et, əməliyyat olunacaqsan, sonra yenə kökəlmə ehtimalın var. Bir ara pəhriz saxladı, çox arıqladı. Dedim, pəhriz ac qalmaq deyil, bunu normal dietoloqla edə bilərsən. Sonra ağlına qoydu ki, arıqlamalıdır. Dedim, sən bunu etsən, rollarını itirəcəksən. Çünki sən Toppuş bacı kimi rollar alırsan, o xarakter itəcək". (Bizim.Media)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Fevral 2025

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR