Onlayn ictimai-siyasi qəzet
Mingəçevir sakini ehtiyatsızlıqdan odlu silahdan açılan atəşlə öldürülüb.
Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.
"Tir tüfəngi öldürə bilir. Az əvvəl Mingəçevirdə dostlar arasında ehtiyatsızlıqdan baş verən hadisə ölümə səbəb olub", - E.Hacıyev qeyd edib.
Qeyd edək ki, hadisə ötən gün saat 22 radələrində baş verib. Şəhər sakini, 1983-cü il təvəllüdlü Aqil Əhmədovun tir tüfəngindən açılan atəş nəticəsində ölməsi barədə polisə məlumat daxil olub. A.Əhmədova tir tüfəngindən atəş açan Sadiq Yusifov saxlanılıb.
Araşdırma aparılır.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ