İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyev seçicilərilə görüşdü - problemlər məmurlarla birgə müzakirə olundu

Sentyabrın 20-də  deputat Azay Quliyev Binəqədi rayonu, 7-ci mikrorayon, Kunanbayev küçəsi, 10,12, 14,16, 18, 20, 22, 64\11 saylı və Kunanbayev küçəsi, 5a/15, 7/19, 66, 70, 76, saylı binaların həyətində seçiciləri ilə növbəti görüşünü keçirib. Görüşdə seçicilər bir sıra problemləri deputatın diqqətinə çatdırıblar.

Seçicilərin qaldırdığı bir sıra məsələlərin həlli haqqında müvafiq qurumların iştirakı ilə qərar qəbul edilib, qalan məsələlərin araşdırılıb həlli istiqamətində müvafiq addımların atılacağı bildirilib.
Görüşdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsi Mübariz Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin 2 saylı Binəqədi və Nərimanov rayon şöbəsinin müdiri Cahandar Axundov , bundan əlavə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, Su-kanal, Yaşıllaşdırma, Küçə işıqları, İstilik və Qaz idarələrinin nümayəndələri iştirak edib.

Musavat.com

00de7cdc-5aea-475e-8ec8-eb127fa36ec0.jpg (92 KB)

afd5d76d-2191-42fe-8e01-04991e72bef7.jpg (89 KB)

714742e3-7927-4692-ab54-af907b60aff5.jpg (85 KB)

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR