Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsinin sədri Azay Quliyev qurumun büro iclasında iştirak etmək üçün yanvarın 23-də Finlandiya Respublikasının Helsinki şəhərinə səfər edəcək. Bu barədə MM-dən məlumat verilib.
Millət vəkili ATƏT Parlament Assambleyasının yanvarın 24-də keçiriləcək Büro iclasında qaldırılacaq məsələlərin müzakirəsinə qatılacaq.
Səfər yanvarın 25-də başa çatacaq.
Musavat.com
22 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ