İnsanlara hürriyət, millətlərə istiqlal!

AZAL təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində sağ qalanların sayı

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) məlumatına görə, göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir.

Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir.

"Kazinform"un məlumatına görə, AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğradığı yerdən 12 nəfər müxtəlif xəsarətlərlə Manqistau vilayət xəstəxanasına çatdırılıb.

***

Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Aktauda qəzaya uğrayan təyyarədə sağ qalanlar var.

Musavat.com Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin 52 canlı qüvvəsi və 11 texnikası təyyarənin qəzaya uğradığı yerə Aktauya gəlib.

Uçuş zamanı təyyarənin yandığı məlum olub. Xilasedicilər yanğını söndürməyə başlayıb. Hazırda ölənlər barədə məlumat dəqiqləşdirilir. İlkin məlumatlara görə, 10 nəfər sağ qalıb.

Qeyd edək ki, Bakı-Qroznı marşrutu ilə uçan təyyarə Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarə "Azərbaycan Hava Yolları"na məxsusdur.

Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır. Xüsusi araşdırma aparılacaq.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR