İnsanlara hürriyət, millətlərə istiqlal!

AZAL Səmərqəndə reyslər açır, Daşkəndə uçuşların tezliyini artırır

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Özbəkistanın Səmərqənd şəhərinə reyslərin yerinə yetirilməsini planlaşdırır.

Musavat.com AZAL-a istinadən xəbər verir ki, Bakıdan Səmərqəndə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.

Bundan başqa, aviaşirkət Bakıdan Daşkəndə reyslərin tezliyini həftədə 5 dəfəyə çatdıracaq. Hazırda iki paytaxt arasında müntəzəm reyslər bazar ertəsi, çərşənbə və şənbə günləri yerinə yetirilir, tezliklə isə cümə axşamı və bazar günləri də həyata keçiriləcəkr.

Yaxın zamanlarda aviaşirkətin www.azal.az rəsmi saytında aviabiletlərin satışının açılması gözlənilir. AZAL-ın bu və digər reyslərinə aviabiletləri aviadaşıyıcının akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Qeyd olunan daşınma şərtlərinə uyğun gələn və qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşlarına icazə verilən sərnişinlər bu reyslərdə daşınmaya qəbul ediləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR