İnsanlara hürriyət, millətlərə istiqlal!

AZAL-dan xüsusi təklif: Avropanın 8 şəhərinə unudulmaz səyahət

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Avropanın 8 şəhərinə və əks istiqamətdə xüsusi təklif təqdim edir.

Bu barədə Musavat.com-a AZAL-dan bildirilib.

Aviaşirkətin qeyd edilən istiqamətləri - Praqa, Paris, London, Vyana, Berlin, Barselona, Cenevrə və Milan üzrə aviabiletlərdə güzəştli qiymətlərdən yararlanmaq mümkündür. Təklif 17-26 oktyabr 2023-cü il tarixlərində əldə edilmiş biletlərə və 2024-cü ilin 15 yanvar – 11 mart tarixləri arasında yerinə yetirilən uçuşlara şamil edilir. Aviabiletlərin dəyərinə hava limanı rüsumları daxildir:

Bakı-Vyana-Bakı, Bakı-Praqa-Bakı, Bakı-Berlin-Bakı, Bakı-Cenevrə-Bakı biletlərinin qiymətləri 299 avrodan, Bakı-Paris-Bakı, Bakı-London-Bakı, Bakı-Barselona-Bakı, Bakı-Milan-Bakı biletlərinin qiymətləri isə 399 avrodan başlayır.

Güzəştli aviabiletləri aviaşirkətin www.azal.az saytından, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək olar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR