Onlayn ictimai-siyasi qəzet
İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələri formalaşdırılıb.
Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 9-da keçirilən iclasında müzakirə aparılıb.
MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, azad olunmuş ərazilərdə 8 əlavə seçki məntəqəsinin yaradılması qərara alınıb.
“Beləliklə, parlament seçkilərində 34 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək. Azad olunmuş ərazilərdə müvəqqəti seçki məntəqələri də yaradılacaq və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək” - R. Qasımov vurğulayıb.
Xatırladaq ki, azad edilmiş ərazilərdə prezident seçkilərində 26 daimi, 21 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərmişdi. (Report)
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ