Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda qarlı və şaxtalı hava şəraitinin olması səbəbindən Bakı şəhəri və ətraf ərazilərdə fəaliyyət göstərən 40-dan çox avtobus əsasən fərdi nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzalar nəticəsində zədələnib.
Bu barədə Musavat.com Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, məhz avtobus sürücülərinin peşəkarlığı sayəsində bu qəzalarda sərnişinlər arasında xəsarət alan olmayıb: “Yol hərəkəti iştirakçılarının avtobusların maneəsiz şəkildə sərnişin daşımlarını həyata keçirməsinə şərait yaratmasını xahiş edirik”.
Həmçinin bildirilib ki, ötən gün qarlı və şaxtalı hava şəraitinin olmasına baxmayaraq avtobus sürücüləri vətəndaşları mənzil başına təhlükəsiz çatdırmaq üçün səylə çalışıblar.
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ