İnsanlara hürriyət, millətlərə istiqlal!

"Aygün daxilən çox azad insan idi, bu da bəzən başına bəla olurdu" - VİDEO

"Hələ ilk addımlarından Aygünün yanında olmuşam. Çox heyif oldu, ona da, bizə də. Onunla çox böyük proyektlərimiz, planlarımız var idi. Onların bir qismini etmişdik, digərləri qalmışdı. Neyləmək olar, bu xəstəlik elədir ki, heç nə etmək olmur. Sadəcə dözmək lazımdır. Allah hər birimizə səbr versin".

Musavat.com xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev Əməkdar artist Aygün Bəylərin vida mərasimində deyib.

"Aygün Bəylərlə bağlı hansı xatirənizi bölüşmək istərdiniz?" sualına Cavanşir Quliyev belə cavab verib:

"Aygünlə hər ünsiyyətimiz xatirədir. Onu yaxından tanıyanlar bilir ki, o, necə orijinal insan idi. Onun hər addımı xatirə idi. Aygün heç kəsə bənzəmirdi. O, daxilən çox azad, ipə-sapa yatan deyildi. Ona görə də çox gözəl oxuyurdu. Bəzən də bu onun başına bəla olur, problem yaradırdı. Allah rəhmət etsin, yaxınlarına səbr versin".

Xalidə Gəray
Foto, video müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR