İnsanlara hürriyət, millətlərə istiqlal!

Aydın Sani polis bölməsinə düşməsindən danışdı

ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı ifaçı Aydın Sani olub.

İfaçı polis bölməsinə düşməsindən danışıb:

“Bir dostumuz var idi, digər dostumla onun yanına getmək istəyirdik. Taksiylə getdik ora. Elmar elə bilmişdi ki, pulu mən vermişəm, mənsə elə bilirdim o verib. Məkana çatıb düşəndə deyəsən Elmar kişiyə “gözlə”- dedi. Dostumuzla görüşüb, 3-4 saat oturduq. Elmar səhəri gün getməli idi. Mən evə gəldim. Səhərə yaxın qapı döyüldü qapını atam açdı, polis idi. Düşündük ki, yəqin qonşuda hadisə olub, sadəcə maraqlanırlar. Dedilər ki, bizlə bölməyə getməlisiniz. İnsan özünə arxayın olanda rahat olur. Atam dedi mən də gəlim, dedim 1-2 saata gəlməsəm maraqlanarsan. Getdim, görürəm bir kişi qanlı-qanlı mənə baxır. Tanış da gəlmir. Axırda soruşdum ki, niyə baxırsınız? Taksi şoferi dedi ki, dünən sizi 4 saat gözləmişəm. Dedim ki, bu məsləyə görə şikayət etmək üçün lazım deyildi, aydınlaşdırdıq. Kişi gənc olmağımıza bağışlayıb pulunu 3 qat alacağını dedi. Yaxşı deyib hallaşlaşdım”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR