İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayaz Salayev: "Son illərin Qara Qarayevi, Üzeyir Hacıbəyovu, Tahir Salahovu hanı?!"

"Son illərin Qara Qarayevi, Üzeyir Hacıbəyovu, Tahir Salahovu hanı?!"

Bu fikirləri Kinorejissor və kinoşünas, ssenarist, televiziya aparıcısı və kino redaktoru, pedaqoq, “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Ayaz Salayev "Report"a müsahibəsində deyib.

Kinomatoqrafın sözlərinə görə, köhnə filmlərimizin sevilməsi məsələsi də tam olaraq ölçü deyil:

"Elə filmlər var ki, 50-ci illərdə çəkilib və bu gün də sevilir. Lakin bu çox pis haldır. Filmdə insanın başının keçəl olmasının gülüş səbəbi kimi göstərilməsi qəbul edilən deyil. Bu qəbildən olan filmlərin hazırda sevilməsi və ya populyar olması da müsbət hal sayıla bilməz".

"Hazırda çəkilən filmlər bəlkə də gələcəkdə seviləcək, lakin əsas məsələlərdən biri də filmdə hər şeyin, xüsusilə yumorun yüksək səviyyədə olmasıdır. İnsan estrada musiqisinə qulaq asanda dincəlir, bir qədər özünü yaxşı hiss edir. Əgər siz klassik musiqiyə qulaq asarkən o həqiqətən də sizdə hansısa hissləri oyadır, həmin musiqi hisslərinizlə bir səslənirsə, bu o deməkdir ki, siz artıq inkişaf etmiş insansınız. Bu cür insanlardan ibarət olan ölkənin elmi də, sənəti də, düşüncə və yaşayış tərzi də inkişaf edəcək. Bu fikir filmlər üçün də keçərlidir"- incəsənət xadimi bildirib.

"Son illərin Qara Qarayevi, Üzeyir Hacıbəyovu, Tahir Salahovu hanı?! Sənətin, kinonun ilkin vəzifəsi insanın mürəkkəb hisslərini oyatmaq, onu insan kimi inkişaf etdirmək, insanı təkcə fizioloji varlıq kimi göstərməməkdir. Acanda yeyir, soyuq olanda geyinir, yuxusu gələndə yatırıq. Bir sözlə insanın daxili hisslərini, şübhələnməsini, məyus olmasını, sevməsini mavi ekranda əks etdirmək lazımdır"-, A.Salayev vurğulayıb.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR