Onlayn ictimai-siyasi qəzet
Türkiyənin məşhur "Deha" serialının çəkilişləri zamanı bədbəxt hadisə baş verib.
Musavat.com xəbər verir ki, baş rol ifaçısı Aras Bulut İynemlinin ayağı burxulub və topuqdan sınıb.
İynemli bu gün əməliyyat olunub. Məşhur aktyor əməliyyatdan sonrakı ilk şəklini sosial şəbəkədə paylaşıb. Əməliyyat olunan İynemlinin bir müddət evində dincələcəyi və ən qısa zamanda çəkiliş meydançasına dönəcəyi öyrənilib.
"Allah məni ən pis şeylərdən qorusun. Keçmiş olsun diləklərinizə görə çox sağ olun",-deyə aktyor paylaşımında qeyd edib.
Qeyd edək ki, 33 yaşlı Aras Bulut İynemli Türkiyədə son illərin ən populyar aktyorlarından biridir. O, "Çukur", "Muhteşem Yüzyıl: Kösem", "Maral: En Güzel Hikayem" kimi məşhur seriallarda rol alıb. Hazırda isə rejissorluğunu Umut Aralın həyata keçirdiyi, ssenarisini Damla Serimin yazdığı "Deha" serialında "Devran Karan" obrazını canlandırır.
Musavat.com
16 Mart 2025
15 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ