İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ayağı ilə təpikləyirdi, planşetlə vururdu” - Ana azyaşlı qızına işgəncə verdi

Türkiyənin Konya vilayətində 1,5 yaşlı qızının bədənində göyərmələr və zədələr görən ata keçmiş həyat yoldaşı B.Ş.-ni zorakılıqda ittiham edərək prokurorluğa müraciət edib.

Musavat.com xəbər verir ki, iddialara görə, ana uşağı döyüb, planşetlə vurub və zədələri tonal kremlə gizlədib.

Həmçinin onun uşağa yuxu dərmanı verdiyi də iddia olunur.

İstintaq çərçivəsində uşağın baxıcısı F.B. məhkəmədə bildirib ki, ananın uşağa zorakılıq etdiyinə dəfələrlə şahid olub.

“Ayağı ilə təpikləyirdi, şillə vururdu, yastıq atırdı, təhqir edirdi. Dərman verdiyini özü deyirdi”,-deyə baxıcı ifadəsində bildirib.
Ana B.Ş. ittihamları rədd edərək bildirib ki, uşaq hiperaktiv olduğu üçün zədələr alıb.

Hazırda ana B.Ş. haqqında “xəsarət yetirmə” və “ailə vəzifələrinə laqeydlik” ittihamları ilə ümumilikdə 2 ilə qədər həbs cəzası tələb olunur. Uşağın qəyyumluğu müvəqqəti olaraq ataya verilib.

Məhkəmə prosesi davam edir.

Musavat.com

1,5 yaşındaki kızını dövdüğü iddia edilen anneye 2 yıla kadar hapis talebi

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR