Onlayn ictimai-siyasi qəzet
Çin Xalq Respublikasında 35 nəfərin ölümünə və 43 nəfərin ağır xəsarət almasına səbəb olan dəhşətli hadisənin günahkarı edam edilib.
Musavat.com xəbər verir ki, hadisə zamanı sürücü qəsdən piyadaların üstünə avtomobil sürərək faciəyə səbəb olmuşdu.
Məlumatı Çin Mərkəzi Televiziyası yayıb. Hadisə böyük ictimai rezonans doğurmuş və hüquq-mühafizə orqanları tərəfindən sürətlə araşdırılmışdı. Çin hökuməti bu cür hərəkətlərin qarşısını almaq məqsədilə qanunun ən sərt şəkildə tətbiq olunacağını bir daha vurğulayıb.
Musavat.com
20 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ