Onlayn ictimai-siyasi qəzet
Los-Ancelesdə bir nəfər avtomobili izdihamın üzərinə sürüb. Hadisə nəticəsində azı 30 nəfər yaralanıb.
Musavat.com REN TV-yə istinadən xəbər verir ki, bu barədə şəhərin yanğınsöndürmə idarəsi məlumat yayıb.
Bildirilib ki, xəsarət alanlardan 7 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Bundan başqa, 7 nəfər hadisədən sonra xəstəxanaya getməkdən imtina edib.
ABC News telekanalı yanğın xidməti kapitanı Adam Van Herpenə istinadla xəbər verib ki, avtomobil gecə klubunun girişində izdiham çırpılıb.
Şahidlərin sözlərinə görə, hadisədən sonra sürücü maşından çıxarılaraq döyülüb. Kişinin sonda dava zamanı güllələndiyi qeyd edilir.
Musavat.com
21 Iyul 2025
20 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ