Onlayn ictimai-siyasi qəzet
Xarici ölkələrdən gətirilən və gömrük terminalına daxil olan avtomobillər üçün ödənilən terminal haqqı artırılıb.
Musavat.com oxu.az-a istinadən xəbər verir ki, terminal haqqı 200 manatdan 300 manata qaldırılıb.
Məlumatda qeyd olunub ki, terminal haqqının artması ilə yanaşı, yeni bəyannamə sənədi də tələb olunur. Yəni avtomobil ölkəyə gəlməmişdən əvvəl onun haqqında bəyannamə hazırlanıb gömrük orqanına təqdim olunmalıdır. Bu sənədin təxmini qiyməti isə 35 manatdır.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən bildirilib ki, terminalla bağlı məsələnin gömrük orqanına aidiyyəti yoxdur.
"Digər məsələyə gəlincə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində edilmiş 28 dekabr 2018-ci il tarixli dəyişikliyə əsasən, 1 fevral 2019-cu ildən mallar gömrük ərazisinə gətirilmədən əvvəl fiziki şəxslər (kommersiya məqsədləri ilə malları ölkəyə idxal edən fərdi sahibkarlar) tərəfindən gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməlidir", - deyə məlumatda bildirilib.
Sənədin qiymətinə gəlincə isə qurumdan vurğulandı ki, qeyd edilən məbləğ qısa idxal bəyannaməsinə görə, gömrük məqsədləri üçün məlumatların gömrük orqanlarının informasiya sisteminə etibarlı, dayanıqlı və fasiləsiz təqdim edilməsi işinin təşkili üçün alınır və müvafiq təsdiqedici sənəd təqdim olunur.
19 Mart 2025
18 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ