İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtobus sürücüsünü döyən şəxsə cəza verildi

Bakıda avtobus sürücüsü ilə dava edən şəxs hakim qarşısına çıxarılıb. Sürücünü vuran şəxs xuliqanlıqda günahlandırılıb.

Musavat.com-un xəbərinə görə, hadisə Xətai rayonunda 62 saylı marşrut xəttinin sonuncu dayanacağında baş verib.

Tural özünə məxsus “Kia” markalı avtomobili dayanacağın qarşısında saxlayaraq mağazaya gedib.

Avtobus sürücüsü Samir ona irad bildirərək dayanacaqda maşın saxlamamasını deyib. Tural dayanacqda yox, kənarda saxladığını deyib. Buna görə aralarında mübahisə yaranıb.

Turalın sözlərinə görə, ilk olaraq Samir onu vurub. O da özünü qorumaq üçün cavab verib.

İstintaq orqanı Turalı təqsirli bilib. Ona qarşı xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmədə tərəflər arasında barışıq olub. Hadisədən sonra saxlanılan və 2 gün həbsdə qaldıqdan sonra azadlığa buraxılan Tural 800 manat cərimələnib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Mart 2025

BÜTÜN XƏBƏRLƏR