İnsanlara hürriyət, millətlərə istiqlal!

Avstriya da Macarıstanın səsvermə hüququndan məhrum edilməsini istəyir

Avstriya Belçikanın qonşu Macarıstanın Avropa İttifaqında səsvermə hüququndan məhrum etmək çağırışını dəstəkləyib.

Musavat.com xəbər verir ki, bu barədə “Politico” qəzetinin Avropa versiyası ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadla məlumat yayıb.

Onun qiymətləndirməsinə görə, Macarıstanın Aİ-də səsvermə hüququndan məhrum edilməsi Budapeştin Aİ Şurasına gələcək sədrliyi ərəfəsində “xüsusilə düzgündür”.

Nəşr Avstriya Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərindən sitat gətirir: “Bunu nəzərə alaraq, biz Macarıstana qarşı 7-ci maddədə (Avropa İttifaqı haqqında 2007-ci il müqavilədə) nəzərdə tutulan proseduru ciddi dəstəkləyirik”.

İyunun 2-də Belçikanın xarici işlər naziri Aja Labib Ukrayna ilə bağlı mövqeyinə görə Macarıstanı səsvermə hüququndan məhrum etmək üçün Aİ Müqaviləsinin 7-ci maddəsindən istifadə etməyi təklif edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR