İnsanlara hürriyət, millətlərə istiqlal!

Avrozonada sənaye istehsalı gözləniləndən iki dəfə çox AZALIB

Avropa İttifaqının Statistika İdarəsinin (Eurostat) hesabatına əsasən, oktyabrda avrozonada sənaye istehsalı sentyabr ayı ilə müqayisədə 0,7 faiz azalıb.

Musavat.com xəbər verir ki, “Trading Economics”in sorğusuna qatılan analitiklər orta hesabla 0,3 faiz azalma proqnozlaşdırmışdılar. Avrozonada həmçinin ötən ilin oktyabr ayı ilə müqayisədə sənaye istehsalı gözlənilən 4,6 faizə qarşı 6,6 faiz azalıb.

Sentyabrda avrozonada sənaye istehsalı aylıq 1 faiz, illik bazada isə 6,8 faiz azalmışdı.

Oktyabrda avrozonada istehsal mallarının istehsalı 1,4 faiz, aralıq malların istehsalı isə 0,6 faiz azalıb. Bununla yanaşı, elektrik enerjisi istehsalı 1,1 faiz, uzunmüddətli istifadə məhsulları istehsalı 0,2 faiz artıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR