İnsanlara hürriyət, millətlərə istiqlal!

“Avrora” şirkəti “Açıq qapı” günü elan edir!

Avrora Şirkətlər Qrupu böyüməkdə olan komandasına mütəxəssis və fəhlə kateqoriyalarında 100-dən çox vakant yerlər üzrə namizədlərin dəyərləndirilməsi üçün açıq qapı günü təşkil edəcək.

Şirkətin baş ofisində keçiriləcək açıq qapı günü 21 avqust tarixində saat 10:00-dan etibarən başlayacaq və 16:00-a kimi davam edəcək.

Açıq qapı günündə aşağıdakı vakansiyalar üzrə müraciətlər qəbul edilib, müsahibə təşkil ediləcək:

- Satış üzrə nümayəndə;

- Merçendayzer;

- Sürücü;

- Sürücü köməkçisi;

- Fəhlə;

- Sifariş sayım operatoru;

- Sifariş toplama operatoru;

- Avtokar sürücüsü;

- Nəzarətçi (yükləmə, stok, geriqaytarma);

- Satış üzrə məsləhətçi (şərab evi) və s.

Əgər siz də komandamızın üzvü olmaq istəyirsinizsə, açıq qapıda iştirak edin və “Avrora” ailəsinə qoşulun. Maraqlanan şəxslərin qeyd edilən tarixdə “Avrora” baş ofisinə yaxınlaşmaları xahiş olunur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR