İnsanlara hürriyət, millətlərə istiqlal!

“Avropanın təhlükəsizliyi indi mövcud deyil” - Belarus XİN

Qərbin hərəkətləri ona gətirib çıxarıb ki, hazırda Avropa təhlükəsizliyi nə fakt, nə də sistem kimi mövcud deyil.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Minskdə açılmış “Avrasiya təhlükəsizliyi: dəyişən dünyada reallıq və perspektivlər” adlı yüksək səviyyəli beynəlxalq konfransda Belarusun xarici işlər naziri Sergey Aleynik deyib.

“Etiraf etmək lazımdır ki, Avropa təhlükəsizliyi bu gün nə fakt, nə də sistem kimi mövcud deyil. NATO üzvləri hesab edirlər ki, onlar hamı üçün ümumi təhlükəsizliyi təmin edə bilən, bütün digər strukturlara və mexanizmlərə məhəl qoymayan alyansın çətiri altındadırlar. Onlar nəinki başqa təşkilatlara məhəl qoymurlar, həm də onların effektivliyini azaltmağa çalışırlar. Biz bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının timsalında hiss edirik”.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR