İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropanın qaz ehtiyatları aşağı düşdü

Avropada yeraltı anbarlardakı qaz ehtiyatları 44 faizə düşüb.

Musavat.com Gas Infrastructure Europe-nin (GIE) məlumatlarına istinadən xəbər verir ki, fevral ayında anbarlardan istifadə son dörd ildə bu ay üçün ən yüksək göstəricidir.

Aİ istilik mövsümü başlayandan bəri yeraltı qaz anbarlarından təxminən 60 milyard kubmetr qaz çıxarıb. Bu, artıq payız-qış dövrü üçün onlara vurulan qaz həcmini xeyli üstələyir.

GIE məlumatlarına görə, fevralın 16-da Aİ ölkələrində yeraltı qaz anbarlarından 646 milyon kubmetr qaz götürülüb, onlara 28 milyon kubmetr qaz vurulub. Cari ayda qaz ehtiyatlarının istehlakının yüksək olmasına baxmayaraq (fevral ayı üçün tarixdə dördüncü), anbarlarda yanacağın ümumi həcmi fevralın əvvəli üçün bütün müşahidə dövrü üçün altıncı maksimumdur - 48,9 milyard kubmetr.

Aİ elektrik enerjisi istehsalında külək enerjisinin payı fevralda cəmi 12 faizdir, yanvarda bu, orta hesabla 21 faiz təşkil edib. 2024-cü ilin dekabrında Avropada qazın orta alış qiyməti 1000 kubmetr üçün 489 dollar, 2025-ci ilin yanvarında - təxminən 518 dollar, fevralın ötən dövründə isə 577 dollar təşkil edib.

Terminallardan Avropa qaz nəqli sisteminə LNG tədarükü fevral ayında rekord səviyyədə olub. Hazırda maye qazın yenidən qazlaşdırılması və Avropa boru kəmərlərinə vurulması gücü maksimumun 46 faizi ilə yüklənir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR