Onlayn ictimai-siyasi qəzet
İyulun 13-də Avropa İttifaqının yeraltı qaz anbarlarına 290 milyon kubmetr qaz vurulub, anbarlardan 21 milyon kubmetr qaz götürülüb.
Musavat.com "Gas Infrastructure Europe"in (GIE) məlumatına istinadən xəbər verir ki, hazırda Avropanın anbarları 80,77 faiz doludur (son beş il ərzində bu tarix üçün orta göstəricidən 9,51 faiz bəndi yüksək), onlarda təxminən 88,7 milyard kubmetr qaz var.
İyulda Aİ-nin elektrik enerjisi istehsalında külək enerjisinin payı 14 faiz təşkil edir.
İyun ayında terminallardan Avropa qaz ötürmə sisteminə mayeləşdirilmiş təbii qazın ümumi daxilolmaları 2021-ci ilin noyabrından bəri ən aşağı həddə düşüb. Hazırda maye qazın yenidən qazlaşdırılması və onun Avropa boru kəmərlərinə vurulması gücü maksimumun 35 faizi ilə yüklənir. Avropada iyulda qazın orta alış qiyməti min kubmetr üçün 362 dollar təşkil edir.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ